Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84861
az

Ermənistanın müdafiə naziri istefa verməyəcəyini bildirib

14:2015 Mart, 2023
115
DÜNYA
  • A

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirib.

Oxu24.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

“Mən istefa verməyə hazırlaşmıram”, - o qeyd edib.

Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.

Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza yerindən Rəisinin üzüyü tapıldı
Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəklədi
Səhiyyə naziri onu yüksək vəzifəyə təyin etdi