Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84849
az

“Sədərəy”ə işə gedirmiş - Bakıda dünənki dəhşətli qəzanın TƏFƏRRÜATI + VİDEO

11:4415 Mart, 2023
99
REDAKTORUN SEÇİMİ
  • A

Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Oxu24.com  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobildə olan sürücü 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlu və sərnişini Özbəkistan vətəndaşı Maqerramova Sabina Dilovar qızı iş yoldaşı olublar. Onlar səhər saatlarında işlədikləri “Sədərək” ticarət mərkəzinə birgə yola düşüblər. Lakin dairəvi yolda N.Seyidov avtomobili çox sürətlə idarə edərək təhlükəli manevrlər edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılaraq aşıb.

 

N.Seyidov hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ qalsa da, S.Maqerramovanın kəməri taxmaması onun ölümünə səbəb olub. O, zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılaraq maşından çıxıb və yolun hərəkət hissəsinə düşərək ölüb.

 

Bildirilir ki, qəzada vəfat edən Özbəkistan vətəndaşı xeyli vaxt imiş Azərbaycanda yaşayırmış. Burada ailə quran S.Maqerramovanın 2 azyaşlı övladı qalıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
TƏCİLİ! Sərhəddə zəlzələ oldu

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ