Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84839
az

Aİ Kiyevə mərmi tədarükü üçün müqavilə hazırlayır

10:5715 Mart, 2023
177
DÜNYA
  • A

Avropa İttifaqı Ukrayna və digər ölkələrin silah-sursat ehtiyatlarının birgə tədarükü üçün 2 milyard avro dəyərində sazişi yekunlaşdırır.

Oxu24.com xəbər  verir  ki, bu barədə “Politico” qəzeti sərəncamında olan sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 1 milyard avro öz ehtiyatlarından Kiyevə sursat göndərməyə hazır olacaq ölkələrin xərclərinin ödənilməsinə, daha 1 milyard avro isə yeni mərmilərin birgə alınmasına yönəldiləcək.


Aİ ölkələri daha böyük müqavilələr bağlaya və hər qutu üçün daha ucuz qiymətə sursat ala biləcəklər. Birgə satınalma planı təkcə icmanın üzvü olan ölkələri deyil, Norveçi də əhatə edir.

Sövdələşmənin Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır. Avropa Müdafiə Agentliyi birgə satınalmaları əlaqələndirəcək.

Avropa indiyədək Ukraynaya 350 minə yaxın 155 mm-lik mərmi tədarük edib. Hər yeni mərminin qiyməti 4 min avro qiymətləndirilir. Ümumilikdə, Aİ sursat tədarük edən ölkələrə xərclərin qismən ödənilməsinə 450 milyon avro xərcləyib.

Avropa liderləri martın 20-də Aİ xarici işlər və müdafiə nazirlərinin görüşündə bu məsələ ilə bağlı yekun razılığa gəlmək və martın 23-24-də Brüsseldə keçiriləcək növbəti sammitdə razılaşmanı yekunlaşdırmaq niyyətindədirlər.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Bu xəbərdən sarsıldım - Bayden
Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir - Pelleqrini

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi