Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84801
az

Şuşada işləmək üçün işçilər axtarılır - MAAŞ 2300-2635-2786 MANAT 

22:2914 Mart, 2023
7071
ELANLAR
  • A

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Monitorinq üzrə mütəxəssis
 

 Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.
Ümumi vəzifə öhdəlikləri:
Abidələrin vəziyyəti üzərində nəzarətin təmin edilməsi;
Abidələrdə baş vermiş dəyişikliklərin, o cümlədən təbii aşınmanın aşkarlanması;
Abidənin texniki vəziyyətinin təhlili;
Abidələrə təhlükə yaradan risk faktorlarının müəyyən edilməsi və onların abidələrə təsirinin qiymətləndirilməsi, risk altında olan abidələrin vəziyyətinin müntəzəm olaraq nəzarətdə saxlanılması;
Mühafizə məqsədilə abidələrə qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələrinin tətbiq edilməsi və ya mühafizə dərəcəsinin dəyişdirilməsi zərurətini müəyyən etmək;
Abidələrə zərər vurulması aşkar olunduqda və ya abidələrə təhdidlər barədə məlumat əldə edildikdə, müvafiq tədbirlərin görülməsini müəyyən etmək;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”-na uyğun fəaliyyət göstərmək;
Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4).
Namizədə qarşı tələblər:
Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 3 il iş təcrübəsi;
Konstruksiyalar haqqında risk faktorlarının müəyyən edilməsi üçün yüksək səviyyədə biliklər;
Memarlıq abidələrinin texniki vəziyyətinin diaqnostika etmək bacarığı;
Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Təqdimat və ünsiyyət bacarığı;
Şuşa şəhərində işləmək imkanının olması.
Əmək haqqı : 2635 AZN.

 

Smeta mühəndisi
 Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Texniki hesabatların yoxlanılması (Forma 2, Forma 3, Xərc analizi);
Namizədə qarşı tələblər:
Ali təhsil (İnşaat mühəndisi);
Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmə bacarığı;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını; müvafiq qanunvericilik aktları və normalarını bilmək;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
AutoCAD, proqramını yüksək səviyyədə
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı : 2786 AZN

 

Tarixi memarlıq üzrə mütəxəssis
 Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Ümumi vəzifə öhdəlikləri:
Şuşa şəhərində bərpa olunan abidələr üçün xarici şirkətlər tərəfindən təklif olunan konseptlərin professional təhlili, şəhərin mühitinə uyğun olub olmamasının müəyyən edilməsi;
Şuşa şəhərində bərpa olunan abidələr üçün konseptual və funksionallaşma üzrə təkliflərin hazırlanması;
Şuşa şəhərinin abidələrinin daimi və mütəmadi monitorinqi və mühafizəsi;
Bərpa konsept layihələrini peşəkar analiz etmək bacarığı (RİBA 1,2);
İşçi layihələrlə peşəkar işləmək bacarığı ( RİBA 3,4);
Şuşa şəhərinin imicinin formalaşması uğrunda müxtəlif qrafik işlərin görülməsi (tabloların, loqoların, plakatların dizaynları üzrə təkliflər).
Namizədə qarşı tələblər:
Ali təhsil (Memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisası üzrə Magistr dərəcəsi);
Memarlıq abidələri ilə bağlı treninq keçməsini təsdiq edən sertifikatlar;
Təcrübə: Tarixi abidələrlə işləməkdə minimum 1 il praktiki təcrübə;
Şuşa şəhərinin tarixi, memarlıq xüsusiyyətləri və abidələri haqqında geniş məlumat;
Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
Autodesk Autocad, Autodesk Revit, Adobe Photoshop, Adobe İllustrator və realistik 3d vizualizasiya proqramlarının yüksək səviyyədə bilmək;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Təqdimat və ünsiyyət bacarığı;
Şuşa şəhərində işləmək imkanının olması.
Əmək haqqı : 2635 AZN

 

İnşaat mühəndisi
 Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin aparılması;
Monitoring planın hazırlanması
Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
Tikinti obyektlərində əməyin mühafizəsi və təhlükəsizlik üzrə işlərinin həyata keçirilməsinə nəzarət;
Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
Ali təhsil (İnşaat mühəndisi);
Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
Məsuliyyətli və dəqiq olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
AutoCAD,Lira proqramları yüksək səviyyədə
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı : 2786 AZN.

 

Sahə rəisi
 Son tarix 13 apr 2023 [email protected]

Qeyd: Yalnız Şuşa şəhəri qeydiyyatı olan namizədlərin müraciətlərinə baxılacaq.

Vəzifə öhdəlikləri:

Qüvvədə olan tikinti normativ sənədlərini əsasında işlərin təşkil edilməsi.
Tikinti ərazisi üzrə işlərin təşkil olunması
Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi cizgilərə, normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi;
Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
Tələb olunan hesabatların hazırlanması (layihə məlumatları, layihəyə nəzarət,layihə planı);
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət;
Texnoloji intizama nəzarət etmək, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
Namizədə qarşı tələblər:
Ali təhsil (İnşaat mühəndisi);
Təcrübə: Tikinti-quraşdırma işləri üzrə minimum 3 il iş təcrübəsi;
Təcrübə: Layəhələndirmə işləri üzrə minimum 2 il iş təcrübəsi;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Təşkilatçılıq bacarıqlarına malik olmalı;
Detallara diqqət yetirməyi bacarmalı
Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
AutoCAD, Lira proqramları yüksək səviyyədə
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: 2786 AZN.

 

Videoqraf
 Son tarix 23 mar 2023 [email protected]

Şuşa şəhəri qeydiyyatında olan namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə seçim meyarları:
Fotoqraf və videoqraf sahəsində 3 il iş təcrübəsi
Video, montaj və peşəkar fotolar çekmə təcrübəsi
Müvafiq iş üzrə sertifikatlar 
Çəkiliş üçün ilkin dönəmdə avadanlığı olmalı
Veriləcək qeydlər və materiallar əsasında video-çarxlar çəkməli, posterlər hazırlamalı
Bacarmalıdır:
Xəbərlər formatında işləmək
Yaradıcı mühitdə işləmək
Müstəqil çəkilişlər etmək , maraqlı təkliflər irəli sürmək
Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
Əmək haqqı - 2300 AZN + illik mükafatlar və qiymətləndirmə əsasında bonuslar.

 

Hüquqşünas
 Son tarix 07 apr 2023 [email protected]

Əmək funksiyaları:    
Şirkətə daxil olmuş müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının yoxlanılması, həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
Sənədlərə (layihələrə), o cümlədən beynəlxalq müqavilələrə rəy və təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
İdarənin fəaliyyətindən irəli gələn və ya onunla bağlı olan hüquqi məsələlərə dair yazılı və ya şifahi hüquqi rəylərin təqdim edilməsi;
İdarənin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
Müqavilələrin, nizamnamələrin, əmrlərin, məktubların və digər hüquqi sənədlərin hazırlanması;
Şirkətin struktur bölmələr tərəfindən hazırlanan müqavilələrinin təhlil edilməsi.
Vəzifənin tutulması şərtləri:
Ali hüquq təhsili;
İş stajı: azı 3 il iş stajı;
Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi bilik bacarığı;
MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı. 
İş barədə məlumat:
İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.

 

Memar/İnşaat mühəndisi
 Son tarix 07 apr 2023 [email protected]

Əmək funksiyaları:
İşçi layihənin hazırlanması;
Tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması; 
Memarlıq layihələri, eskiz, işçi layihələr, texniki-mühəndis sənədləri ilə çalışa bilməsi;
Memarlıq layihələrinin təhlil edilməsi; 
Layihələrin icrası ilə bağlı mütəmadi hesabatların hazırlanması və təzələnmiş məlumatları əldə etmək üçün digər struktur bölmələrlə və qurumlarla əməkdaşlıq edilməsi;
Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək. 
Vəzifənin tutulması şərtləri:
Təhsil : Memarlıq; İnşaat mühəndisliyi; Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
İş stajı : azı 2 il müvafiq sahədə 
Kompüter biliklərinə dair tələblər : Microsoft Office, Autocad, Archicad, 3D Max, GİS
Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili – B1 səviyyəsində
Yaradıcı düşüncə qabiliyyəti;
Məsuliyyətli və diqqətli olmaq;
Komandada işləmə bacarığı.
Bilməlidir: 
tikinti norma və qaydalarını;
tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini.
İş barədə məlumat:
İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər);
Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi
 Son tarix 07 apr 2023 [email protected]

İş yeri: Bakı, Şuşa, Ağdam, Tərtər (qeyd olunan şəhərlərdə yaşayan və ya işğaldan azad olunmuş ərazilərə gündəlik əsaslarla gediş-gəliş imkanı olan şəxslər müraciət edə bilərlər)
Vəzifə funksiyaları:
Rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, yüksək səviyyədə yerinə yetirmək;
Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak etmək; 
İctimaiyyəti təşkilatın fəaliyyəti ilə əlaqədar operativ və mütəmadi məlumatlandırmaq;
Press-relizlər, tezislər, müsahibələr, çıxışlar, məlumatlar və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak etmək;
Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, maraqlı və lokanik hazırlanmasında iştirak etmək;
Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmə işlərini görmək;
Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak etmək; 
KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparmaq. 
Vəzifənin tutulması şərtləri:
Ali təhsil: Humanitar və sosial, Marketing, İctimaiyyətlə əlaqələr (PR), Beynəlxalq münasibətlər;
İş stajı: azı 3 il (sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı);
Kompüter biliklərinə dair tələblər: MS Office və dizayn proqramları (Adobe Photoshop, Premier);
Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili - A2 səviyyəsində
Yaradıcı düşüncə qabiliyyəti;
Məsuliyyətli və diqqətli olmaq;
Komandada işləmə bacarığı.  
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini müvafiq elektron poçt ünvanına əmək haqqı gözləntisi qeyd edilməklə göndərmələri xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Irshad Electronics" işçilər axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYALAR
DİQQƏT! 8 yaşlı Aytənin yardıma ehtiyacı var
Maaşı 5000 manat olan vəzifələrə işçilər axtarılır - VAKANSİYALAR, SİYAHI

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO