Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
848
az

“Prezidentin fərmanı 8800 nəfərə şamil olunacaq” - Səlim Müslümov

20:4619 Aprel, 2018
1023
CƏMİYYƏT
  • A
 Prezident İlham Əliyevin şəhid olmuş və itkin düşmüş şəxslərlə bağlı fərmanı 8800 nəfərə şamil ediləcək”.

“Oxu24.com” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bildirib.

“Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür”, - deyə nazir söyləyib.

Nazir qeyd edib ki, bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var, hərbi qulluqçu kimi şəhid olanların sayı isə 8 714 nəfərdir:

“Bazada olan rəqəmlərə görə isə 7 605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.

Təxmini hesablamalarımıza görə, bu fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər. Fərmanın icrası vaxt məhdudiyyətindən söhbət gedə bilməz.

Fərmanın icrası bir il də, iki il də davam edə bilər. Sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Çünki vətəndaşların hamısında elektron imza yoxdur”.



 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb