Dağıntılar altından daha 4 nəfərin cəsədi çıxarılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından bildirilib ki, cəsədlər arasında iki qadın, bir kişi və 3 yaşlı qız uşağı da var.
Bununla da ölənlərin sayı 18-ə çatıb.
Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Oxu24.com
ŞƏRHLƏR