Güney Azərbaycanın Urmiya şəhərində qətl ittihamı ilə ölümə məhkum olunmuş 1 nəfər edam edilib.
Oxu24.com xəbər verir ki, 5 il əvvəl törəydiyi qətlə görə həbsdə saxlanılan Qoşaçay şəhər sakini, 62 yaşlı müttəhim Zaman Rzayi Urmiya həbsxanasında dara çəkilib.
Müttəhim barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə dekabrın 30-da daha 3 məhbusla birlikdə təkadamlıq kameraya köçürülmüşdü.
Digər üç müttəhimin ölüm hökmünün icrası isə müxtəlif səbəblərə görə təxirə salınıb.
Oxu24.com
ŞƏRHLƏR