Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8472
az

Arıqlatma çaylarını alarkən diqqətli olun: ÖLÜMLƏ nəticələnə bilər

22:0201 Yanvar, 2019
930
TİBB
  • A
Hollivud başda olmaqla bir sıra dünya ölkələrində məşhurlar tərəfindən reklam olunan "Teff toxumlu çay"ın tərkibində zəhər sayılan sibutramin aşkar olunub, hansı ki, bu maddə insanda xərçəng xəstəliyi yaradır.

Oxu24.com faktxeber.com-a istinadən bildirir ki, artıq qonşu Türkiyənin Səhiyyə Nazirliyi  əsasən onlayn satışı həyata keçirilən satışına qadağa qoyub.

Elm adamları ümumiyyətlə bu tip arıqlama çaylarından uzaq durmağa çağıraraq, onların tərkibində olan müxtəlif zərərli maddələrin insanda qaraciyər, ürək  xəstəlikləri yaratdığını, uzun müddətli istifadənin isə ölümcül ola biləcəyini vurğulayıblar.

Türkiyədə tanınmış elm adamı dr. Gurkan Kubilay bu tip çayları istifadə edərkən tərkibini yaxşı öyrənməyi tövsiyə edib: "Xroniki və uzun istifadələrdə Sibutramin kimi maddələr ölümlə nəticələnir. Bundan başqa arıqlama dərmanlarının tərkibində "efedra" yazırsa xüsusilə diqqətli olun. Bundan başqa Fen-phen maddəsi, DMMA varsa bunlardan uzaq durun."

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin bu mövzuda  verdiyi rəy isə sadəcə o maddənin orada olduğu ilə bağlıdır: "Normal bir insanın bağırsağı akkordionun körükləri kimi  açılıb-qapanır. Ancaq belə tərkibli dərmanların uzun müddətli istifadəsi  bağırsaqların fəaliyyətini pozur. Arıqlama dərmanı, ya da çayı kimi aldığınız bu məhsullar  sadəcə bağırsaqdan maye atmanıza səbəb olur. Bu halda maye ilə birlikdə potasium da xaric our. Potasium itkisi isə  ürəyin artimiyasına təsir edir, bu da ölümlə nəticələnə bilər"

Professor bildirib ki, ümumiyyətlə arıqlatma dərmanı yoxdur: "Mən bu ölkəni 48 saat içində 160 mln.kq arıqlada bilərəm. Bir sidikqovucu verərəm ki, hər kəs ödəmini atar. Ancaq bu dərmanlar zaman keçdikcə qəbizlik, qalıcı ishal kimi problemlərlə birlikdə toksik əlamətlərin ortaya çıxmasına səbəb olaraq, ölümə yol açar".

"Bu dərmanların ölümə yol açdığı çox dəqiqdir. Doğru üsullar var ikən niyə bunlardan istifadə edirsiniz?", deyə professor sözlərini yekunlaşdırıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana tam elektrikli təcili yardım avtomobilləri gətiriləcək
Vüqar Qurbanov bu şöbəyə müdir təyin etdi
Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...

Belçikanın Baş naziri bulvarda qaçdı- Fotolar

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü