Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8467
az

Dünən Bakını "partladıblar": onlarla yaralı var (FOTO)

17:2101 Yanvar, 2019
803
CƏMİYYƏT
  • A
Dövlət Gömrük Komitəsi Yeni il ərəfəsində ölkəmizdə satışı və istifadəsi qanunla qadağan edilmiş pirotexniki vasitələrin sərhəddə saxlanılıb, məhv edildiyi ilə bağlı dəfələrlə məlumatlar yaymışdı.
Bəs dünən Bakını "partladanlar" bu məhsulları necə əldə etmişdilər? Çox asan şəkildə...Hər kəsə məlumdur ki, yeni il qabağı bütün metrostansiyaların çıxışında, şəhərin bütün ticarət mərkəzlərində pirotexniki vasitələrin açıq satışı həyata keçirilirdi.

O zaman sual olunur ki, qanunla qadağan olunmuş bu məhsulları ölkəyə keçirənlər kimlərdir? Yaxud qeyri-qanuni yollarla keçirmişdilərsə, açıq satış üçün icazəni kimlərdən almışdılar?


Bildiyimiz kimi ölkəmizdə bayramlarla əlaqədar bütün dövlət və özəl müəssisələrdə yanvarın 4-nə qədər qeyri-iş günüdür. Bu səbəbdən rəsmi qurumlardan cavab ala bilmirik.


Qeyd edək ki, son günün qısa mənzərəsi belədir: ölkənin müxtəlif yerlərində onlarla insan pirotexniki vasitələr səbəbindən xəsarət alaraq, Yeni ili xəstəxanalarda keçiriblər. (qaynarinfo) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq