Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu24.com-un xəbərinə görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Zığ-Hövsan avtomobil yolunda piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.
Oxu24.com
ŞƏRHLƏR