“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur.
Oxu24.com xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.
“Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”, - açıqlamada qeyd edilib.
ŞƏRHLƏR