İranın paytaxtı Tehranda 10 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasına etiraz edən tələbələr küçələrə axışıb.
Tehran universitetinin qarşısında toplaşan tələbələrin aksiyası böyüyərək hökumət əleyhinə hərəkata çevrilib.
Tələbələr “rədd olsun molla hökuməti”, “rədd olsun diktator” şüarları səsləndirərək ali məktəb üçün nəqliyyat vasitələrinin yenilənməsi tələbi ilə çıxış ediblər.
Qeyd edək ki, Tehranda bir neçə gün öncə Azad İslam Universitetinin kampus ərazisində tələbələri daşıyan avtobusun aşması nəticəsində 9-u tələbə olmaqla 10 nəfər həlak olub, 26 nəfər yaralanıb Oxu24.com
ŞƏRHLƏR