Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8451
az

Putinlə Paşinyan razılaşdı: Qazın qiyməti qalxır

20:3231 Dekabr, 2018
1101
  • A
Ermənistan üçün verilən rus qazının qiyməti artacaq, amma istehlakçı bunu hiss etməyəcək.

Oxu24.com Axar.az-a istinadən xəbər verir ki, bunu Feysbuk hesabındakı canlı yayım zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.

"Dünən iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq", - deyə o bildirib.

O, "Qazprom" və "Qazprom Ermənistan"ın qaz qiymətinə yenidən baxmalı olduğunu deyib.

Paşinyan yeni qərar sayəsində Ermənistanın hansısa borclar alacağı və bundan sonra Rusiyaya hansısa aktivləri verəcəyi ilə bağlı yayılan fikirlərin həqiqət olmadığını bildirib.

O, Putinlə yalnız qaz qiymətləri məsələsini müzakirə etdiyini və digər heç bir məsələyə toxunmadığını bildirib.

Paşinyan qaz qiymətlərinin müzakirəsinə yenidən qayıdacaqlarını və bu razılaşmanın müvəqqəti olduğunu deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Rusiyada dollar və avro YENƏ BAHALAŞDI
Bu ölkə baza valyutasını dəyişdi -Dollardan İMTİNA ETDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı