Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8444
az

Doğranan jurnalistin meyiti buradadır - ŞOK VİDEO ÜZƏ ÇIXDI

15:2531 Dekabr, 2018
1123
DÜNYA
  • A
“A Haber” telekanalı Türkiyə kəşfiyyatı ilə sıx əlaqəsi olan “Daily Sabah” qəzetinin əməkdaşı Fərhad Ünlünün təqdim etdiyi videonu - qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqinin cəsədinin harada olduğunu dəqiqləşdirən görüntüləri yayıb.
Azvision.az xəbər verir ki, yayılan videodan Kaşoqininn cəsədinin əslində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında olduğu üzə çıxıb.

Aydın olub ki, jurnalisti öldürmək üçün xüsusi təyyarə ilə Türkiyəyə gələn səudiyyəli rəsmilərdən ibarət 15 nəfərlik cinayət qrupunun 2 üzvü Kaşoqini Baş Konsulluğun binasında qətlə yetirərək bədənini elektrik mişarı ilə 9 hissəyə parçalayandan sonra meyitin qalıqlarını qara torbalara qoyub konsulluq binasından bir neçə yüz metr aralıda yerləşən iqamətgaha gətiriblər. Bütün bu proses video-müşahidə kameralarına düşüb, lakin torbaları gətirənlərin iqamətgahdan əliboş çıxdıqları görüntülənib.

“Qatil qrupunun içəri keçirdiyi torbaların baş konsulun iqamətgahından kənara çıxarılmasına dair ortada heç bir sübut yoxdur. Və bu, bizi yeni suallarla üzləşdirir. Konsulun iqamətgahı daha əvvəl türk istintaq qrupu tərəfindən axtarılıb. Amma orada bir quyu var idi ki, səudiyyəlilər onun lazımı qaydada axtarılmasına icazə vermədilər. Məlum olur ki, Kaşoqinin cəsədi hələ də iqamətgahdadır və bu yeni görüntülər artıq istintaqın gedişini dəyişir” – qeyd olunub.

Həmçinin, vurğulanıb ki, dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyənin istefaya göndərilən xarici işlər naziri, hazırda isə xarici əlaqələr üzrə dövlət naziri təyin edilən Adil əl-Cübeyir ilə telefonla danışıb. Lakin onların nəyi müzakirə etdiyi bilinmir.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, Səudiyyə ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ciddi tənqidçisi və onun Yəməndə kimyəvi silah tətbiqinə dair araşdırma aparan Camal Kaşoqi ailə qurmağa hazırlaşarkən sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Lakin indiyədək jurnalistin cəsədinin qalıqlarının harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu