Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84349
az

Bakıdakı atışma haqda SENSASİYA: hadisənin gerçək səbəbi və yeni adlar bilindi

23:1610 Mart, 2023
1025
ÖZƏL BÖLÜM
  • A

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı şok detallar üzə çıxıb.

Adının çəkilməsini istəməyən mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, Brilyant Nicat kimi tanınan kriminal avtoritet hücuma məruz qalıb.

Belə ki, killer Nicatı öldürmək istəyib, lakin güllələr hədəfdən yayınıb və oradakı təsadüfi adamlara dəyib. Brilyant Nicat isə ona açılan atəşdən yayına bilib. Hazırda onun hüquq mühafizə orqanlarının nəzarətində olduğu deyilir.

Globalinfo.az-ın əldə etdiyi məlumatda o da qeyd edilir ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Killerlər martın 10-da sifarişi icra etmək üçün Nicatın olduğu ünvana gəliblər. Gerisi isə ictimaiyyətə məlumdur.

Məlumat üçün bildirək ki, hər iki tərəf mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin klanının üzvlərindən olub. Onların arasındakı ədavətin kökü İstanbulda “Oazis” restoranının açılışında yaşanan insidentə gedib çıxır.

Globalinfo.az-a verilən məlumata görə, orada hər iki avtoritetin arasında narazılıq yaranıb. Onların bir-birinə silah çəkdiyi deyilir. Lakin həmin vaxt hadisə yerində olanlar insidentin böyüməsinə imkan verməyiblər.

Bundan sonra isə Nicat Eminin qardaşı Elnuru sifarişlə qətlə yetirib. Emin Naxçıvanskinin hazırda Fransada həbsdə olduğu deyilir.

Brilyant Nicatı qətlə yetirmək istəyən şəxslərin bu gün Bakı-İstanbul təyyarə reysi ilə ölkəni tərk etmək istədikləri, lakin hüquq mühafizə orqanlarının keçirdiyi operativ əməliyyatla saxlanıldıqları açıqlanıb.

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

 

(Emin Qasımov)

 

(Nicat Lənkəranski)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT
“Şlyapa Zahid” işi məhkəmədə- 42 milyon necə mənimsənilib?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi