Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Gas" şirkəti tərəfindən bu ölkədə əhaliyə satılan təbii qazın qiyməti aşağı salınıb. Oxu24.com Gürcüstan mətbuatına istinadən bildirir ki, bu barədə qərar Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyası tərəfindən verilib. Qərarda bildirilir ki, SOCAR abonentlərinə satılan təbii qazın 1 kub-metrinin qiyməti 0,011 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ildən etibarən SOCAR təbii qazın 1 kub-metrini əhaliyə 56,929 tetriyə (21,4 sent) satacaq.
Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının digər bir qərarı ilə Tiblisi əhalisinə satılan təbii qazın qiyməti 0,014 tetri aşağı salınıb. 1 yanvar 2019-cu ilədən etibarən Tbilisi əhalisinə 1 kub-metri təbii qaz 46,193 tetriyə (17,3 sent) satılacaq. Oxu24.com
ŞƏRHLƏR