Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8427
az

Körpələri öpməyin - Xəbərdarlıq

18:0830 Dekabr, 2018
898
CƏMİYYƏT
  • A
 Ailə üzvləri, yaxın qohumlar tərəfindən körpələrin üzündən öpmək bir adət halını alıb.

Əslində isə bu, gigiyenik baxımdan heç də düzgün deyil.
Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin dediyinə görə, xüsusilə yeni doğulan körpələrin başqalarının qucağına verilməsi, onlarla təmasda olması, üzündən öpülməsi məsləhət görülmür: ”Uşaqlarda özünüqoruma funksiyası ən azı 2 yaşından sonra formalaşır. Körpəyə əllə təmas da onun sağlamlığı üçün böyük risk mənbəyi hesab olunur. Ona görə də nə qədər ki, körpədə immun sistemi hələ tam formalaşmayıb, kənar adamların onunla təması minimuma endirilməlidir”.

Ağız-burun bölgəsi virus və bakteriyalar üçün bədənə ilk daxil olma nöqtəsidir. Buradan alınan hər cür bakteriya və virus öpülən körpələrə keçə bilər və onların immun sistemi zəif olarsa, tez-tez xəstələnə bilərlər. Nəfəs yolu infeksiyasına yoluxanların körpələrin öpməsi isə qətiyyən olmaz. Baş pediatr deyib: ”İnsanın ağzında ən azı 450 növ bakteriya var. Bakterial və göbələk florası, ibtidailər, ümumiyyətlə canlı mikroorqanizmlərin hər biri xəstəlik törədə bilər”.

Xüsusən xanımların körpələri öpərkən diqqətli olması lazımdır. Onların istifadə etdiyi dodaq boyası və digər kosmetik məhsullardakı kimyəvi maddələr körpənin həssas və nazik dərisini qıcıqlandırır və qızartı verir. Ona görə də valideynlər təsadüfi adamların, küçədə rastlaşdıqları dost-tanışların körpəni öpməsinə icazə verməməlidirlər Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakı Barroyanın anti-Azərbaycan iddialarını RƏDD ETDİ
Daşaltı əməliyyatından 33 il ötür
Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı