Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8425
az

Dünyanın ən təhlükəli adası: İlanlar burada sürü halında yaşayır,kimsə yaxınlaşsa....+VİDEO

15:4130 Dekabr, 2018
2522
DÜNYA
  • A
 
Amerikalı bioloqlar Yer üzündə ən təhlükəli adanı müəyyən ediblər. Onların sözlərinə görə, bu, Braziliyanın cənub-şərq sahilləri yaxınlığında yerləşən Keymada-Qrandi və ya İlanlar adasıdır.

Oxu24.com  ecoportal.ru saytına istinadla xəbər verir ki, ərazisi təxminən 33 kvadratmetr təşkil edən adada ilan əlindən tərpənmək olmur.

Adada müxtəlif növ ilanlar yaşayır. Bunlardan botrops insanlar üçün ən təhlükəlisidir. Onun dişləməsi qurbanının bütün toxumalarının dağılmasına gətirib çıxarır. Hətta bioloqlar belə ilanların öyrənilməsi üçün adaya çıxmağa xüsusi icazə alırlar. İlanlar adasının sahillərinə üzüb yanaşmağa isə yalnız Braziliya dəniz donanmasının gəmilərinə icazə verilir.


San-Paulo şəhərinə 144 km məsafədə yerləşən adanın ərazisi 43 hektardır. Adanın “ilanlar adası” kimi də tanınmasının səbəbi burada 4000-dən çox zəhərli ilan növünün yaşamasıdır. Adada hər kvadrat metrdə 5 ilan yaşayır. 1920-ci ildən bəri bu adaya insanların girişi qadağan olunub. Yalnız xüsusi geyimlə alimlərin buraya girişinə icazə verilir.


Adanın əsas sakinləri ada bottropslarıdır. Bu ilanların uzunluğu 50-70 sm-dir. Braziliyada ilanların səbəb olduğu ölümlərin 90%-i bottropsların payına düşür. Adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir. Bu ilanların dişləməsi qurbanının bütün toxumalarının dağılmasına səbəb olur.

Adada avtomatik işləyən mayak quraşdırılıb. Ada ətrafındakı sudan balıqçılar və dalğıclar istifadə edirlər. Turistlər adaya qayıq ilə yaxınlaşıb qıraqdan seyr edə bilərlər.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu