"Azərbaycan Dəmir Yolları" QSC Yevlaxda sərnişin qatarının qəzaya düşməsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 30-da saat 03-15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci km., piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib. Dərhal görülmüş tədbirlər nəticəsində qəzanın qarşısı alınıb. Hadisə nəticəsində heç bir xəsarət alan olmayib.
Hadisənin nəticələri 3 saat ərzində tam aradan qaldılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan olan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.
Hal hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.
Oxu24.com
ŞƏRHLƏR