Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84238
az

Sağalmaz xəstəliyi olan qadın özünə görün harada toy etdi

21:4409 Mart, 2023
91
DÜNYA
  • A

İngiltərənin Birmingem şəhərinin 34 yaşlı sakini Leysi O'Driskoll sağalmaz xəstəlik səbəbindən xəstəxanada evlənib.

OXU24.COM  xəbər verir ki, bu barədə "Birmingham Live" məlumat yayıb.

O, 2023-cü ilin əvvəlində mədə xərçəngi olduğunu öyrənib. Həkimlər artıq gec olduğunu, heç bir müalicənin kömək etməyəcəyini deyib. Bir ay sonra, sevgilisi və üç uşağının atası evlilik təklifi edib.

Toy mərasiminin təşkilini Leysinin yatdığı xəstəxananın tibb bacıları öz üzərinə götürüb.

Tez bir zamanda gəlinlik paltarı və bəylik kostyumu alıb, nikah məmuru tapıb, tortlar və şarlar sifariş ediblər.

Mərasim yeni evlənənlərin qohumları və dostları, eləcə də xəstəxana əməkdaşlarının əhatəsində keçirilib.

"Tibb bacıları inanılmaz iş gördülər. Qısa müddət ərzində belə gözəl gün təşkil edə bildikləri üçün onlara inanılmaz dərəcədə minnətdaram. Təşəkkür edirəm", - Leysi deyib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi