Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8423
az

Azərbaycanlı iş adamının müavini öldürüldü - QATİLİ ARVADININ SEVGİLİSİDİR... - Anbaan VİDEO

13:2930 Dekabr, 2018
1192
KRİMİNAL
  • A
Moskvada "Lukoil” neft şirkətinin baş podratçısı "Master-Neft” şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb. Rusiya mənbələri xəbər verir ki, bu hadisə ötən gün dekabrın 29-da gecə baş verib. Sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisə gecə yarısını keçmiş baş verib.

Şalyaxov "Master-Neft” şirkəti ilə yanaşı "Kit-Servis”, "Uqra-Steklo”, "Rusekooil”, "Yunionstroy, "Profstroy”, "Nefteqazinjinirinq” şirkətlərinin də təsisçisidir.

Hüquq-mühafizə orqanları qətlin üstünü tezliklə açıblar. Bildirilir ki, 61 yaşlı biznesmenin qətli məişət zəminində törədilib. Şübhəli şəxs qismində onun arvadının sevgilisi tutulub.

"Qətl məişət xarakteri daşıyır və mahiyyətcə biznesmenin uşağın dünyaya gəlməsindən sonra arvadı ilə maliyyə münaqişəsinin nəticəsidir"-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Rusiya İstintaq Komitəsinin Moskva idarəsində şübhəlinin tutulmasını təsdiqləyiblər. Açıqlanıb ki, həmin şəxs 1985-ci ildə anadan olub, hazırda dindirilir. Tezliklə ona ittiham elan ediləcək.

Saxlanılan şəxs hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına düşüb. Kadrlara əsasən Şalyaxov gənc arvadı ilə binaya daxil olur, bir neçə saniyə sonra panika içərisində küçəyə qaçır. Bu zaman onun arxasınca qara gödəkçəli şübhəli şəxs binadan çıxıb qaçır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu