Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8422
az

Nə üçün qadınlara kişilərdən daha çox soyuq olur?

13:2230 Dekabr, 2018
880
CƏMİYYƏT
  • A
 Kişilərlə müqayisədə qadınlar soyuğa qarşı daha həssas olur, tez-tez üşüyürlər.

Bunun fizioloji səbəbləri var. Bu səbəbləri sizə izah edək.

1. Elmi araşdırmaların nəticələrinə görə, qadınların bədən hərarəti kişilərlə müqayisdə bir qədər yüksəkdir. Həmçinin menstrual dövrün müxtəlif fazalarında bu hərarət daha da artır (məsələn, ovulyasiyaya yaxın). Bu səbəbdən qadınlar ətrafdakı temperaturun enməsinə qarşı daha həssas olurlar.

2. Qadınların bədənində piyin miqdarı daha çoxdur, əzələlərin isə əksinə daha azdır. İstiliyi piy deyil, əzələlər istehsal edir. Bu səbəbdən qadınlar daha tez üşüyür.

3. Qadınlarda metabolizm kişilərlə müqayisədə daha ləng gedir. Məhz metabolik proseslər zamanı qəbul etdiyimiz qida enerjiyə çevrilir. Metabolizmin nisbətən ləng olması orqanizmi qızdırmağa mane olur. Digər tərəfdən məhz metabolizmin sürətinə görə kişilər daha tez və asan arıqlayır.

4. Qalxanvari vəzi orqanizmin hərarətini normada saxlamağa cavabdehlik edir. Qalvanvari vəzinin funksiyası zəifləyəndə, insan soyuğa qarşı daha həssas olur, tez-tez üşüməyə başlayır. Zob xəstəlikləri qadınlar arasında kişilərlə müqayisdə dəfələrlə çox yayılıb. Bu səbəbdən qadın daim üşüyürsə, qalxanvari vəzini yoxlamağa dəyər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb