Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84219
az

Moskvada nə baş verib?

19:5509 Mart, 2023
366
  • A

Rusiyada hava həyəcanı siqnalı əhali arasında təşvişə səbəb olub.

Oxu24.com Rusiya mediasına istinadən  xəbər  verir  ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskvada hakerlər telekanalların serverlərini sındıraraq yalançı hava həyəcanı  xəbərdarlığı barədə məlumat yayıblar.

Günün ikinci yarısında Moskvada televiziya kanallarının yayımı şəhərdə tətilə görə həyəcan siqnalı verən video ilə kəsilib.

Yerli sakinlərə  sığınacağa getmək, kalium yod həbləri qəbul etmək və qaz maskalarından istifadə etmək tövsiyə olunub.

Ekrandakı görüntü titrəyirdi, onun altında vaxtaşırı kompüter kodu sətirləri görünürdü.

Hadisə ilə bağlı rəsmi açıqlama verilib.

“Moskva şəhəri ərazisində radiostansiyaların və telekanalların serverlərinin sındırılması nəticəsində hava hücumu xəbərdarlığının elan edilməsi barədə məlumat yayımlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi bu məlumatın yalan olduğunu və həqiqətə uyğun olmadığını bildirir”, - deyə idarənin mətbuat xidməti bildirib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü