Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8421
az

Pekin aeroportunda 100 milyonuncu sərnişin

12:4030 Dekabr, 2018
871
CƏMİYYƏT
  • A
Pekin “Paytaxt” beynəlxalq hava limanı cari il üçün 100 milyonuncu sərnişini qəbul edib.
Bununla Pekinin “Paytaxt” hava limanı il ərzində xidmət göstərdiyi sərnişinlərinin sayı 100 milyona çatan ikinci aeroport olub. ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson aeroportu 2015-ci ildə bu göstəriciyə nail olub.

Qeyd edək ki, Pekin “Paytaxt” hava limanı həm də sərnişin daşıma sayına görə Atlanta aeroportundan sonra dünyada ikincidir. Çinin “bir nömrəli qapısı” hesab olunan “Paytaxt” aeroportu ölkədə 3 terminalı, 3 uçuş-enmə zolağı və 2 dispetçer qülləsi olan yeganə hava limanıdır. Ümumilikdə 105 yerli və xarici aviasiya şirkətinin təyyarələri Pekindən dünyanın 296 şəhərinə uçuşlar həyata keçirir. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) də həftədə iki dəfə Bakı-Pekin-Bakı reysi ilə müntəzəm uçuşlar yerinə yetirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu