Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84207
az

Xaricdən gətirilən bəzi avtomobillər istismara yararsızdır - VİDEO

18:3009 Mart, 2023
113
CƏMİYYƏT
  • A

Xaricdən gətirilən bəzi 2-ci əl avtomobillər istismara yararsızdır. Belə avtomobillərin istismar müddəti bitib, ehtiyat hissələri keyfiyyətini itirib, qiymətləri isə olduqca yüksəkdir.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, söhbət əsasən Avropa, Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilən 2-ci əl avtomobillərdən gedir.

Xüsusilə benzin və dizel yanacağı ilə işləyən bu nəqliyyat vasitələrinin bəziləri təbii fəlakətlərdən də zərər görüblər.

Ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrin sürətlə elektromobillərə inteqrasiyası daxili yanma mühərrikli minik vasitələrindən tədricən imtinaya gətirib çıxarır. Nəticədə isə həmin nəqliyyat vasitələrinin digər ölkələrə satışı artmağa başlayıb.

Bəzən isə xaricdən gətirilən 2-ci əl nəqliyyat vasitələri hətta təmirə yararsız olurlar.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bu daha çox buraxılış tarixi 8 il əvvələ aid və daha köhnə avtomobillərdə müşahidə edilir.

Ustanın sözlərinə görə, texniki cəhətdən saz olmayan, həmçinin ağır qəza keçirmiş belə nəqliyyat vasitələri təhlükəsizlik sarıdan da etibarlı sayılmır.


Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də deyir ki, inkişaf etmiş ölkələr atmosferə zərər vuran avtomobilləri satmaqda maraqlıdırlar. Bunun üçün həmin dövlətlər tərəfindən xüsusi proqarmlar da hazırlanır.

Ekspert  bildirir ki, hazırda buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin idxal rüsumu çoxdur. Ancaq qaydaların bir qədər də sərtləşdirilməsinə ehtiyac var.  

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XX əsrin əvvəllərindəki nadir kitablar göstəriləcək

Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
Zelenskinin yeni sülh planından gözləntiləri

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu