Hindistanda 3 qollu doğulan bir körpə ölkədə gündəm olub.
Oxu24.com Türkiyə mediasına istinadla bildirir ki, hadisənin baş verdiyi kəndin sakinləri körpənin müqəddəs olduğunu iddia edərək onu “peyğəmbər” adlandırıblar.
3 aylıq körpənin anası Radhika Sahu qızının ilk doğulduqda sinəsinin sağ tərəfində bir çıxıntı olduğunu görüb. Bundan sonra ana qızını xəstəxanaya aparıb. Həkimlər çıxıntının sinə bölgəsindən çıxan üçüncü qol olduğunu deyib.
Hadisə qısa müddətdə bütün ölkədə yayılıb. Ölkədə bu şəkildə doğulan körpələrin başqa bədənlər ilə dünyaya gələn ruhlar olduğuna inanılır və bu insanlar müqəddəs hesab olunduqları üçün onlara ibadət edilir.
Oxu24.com
ŞƏRHLƏR