"Youtube" öz videolarında ani olaraq ortaya çıxan banner reklamlarının aradan qaldırılacağını elan edib.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, videoservisin mobil versiyasında bu cür reklam üsulu artıq uzun zamandır ki, istifadə edilməsə də, veb versiyada banner reklamları hələ də aktiv şəkildə qalıb.
Rəsmi məlumata əsasən, "Youtube" videolarında banner reklamları 6 aprel tarixində aradan qaldırılacaq. Videoservis təmsilçilərinin sözlərinə görə, sözügedən reklam üsulundan imtina etməklə "Youtube" daha effektiv reklam üsullarına keçid etmək niyyətindədir.
Təmsilçilər "Youtube" videolarındakı banner reklamlarını artıq köhnəlmiş üsul hesab edirlər və düşünürlər ki, bu cür reklamlarla əksinə istifadəçləri daha çox qıcıqlandırırlar.
Bununla belə, kontent yaradıcıları narahat olmaya bilərlər. Videoservis təmsilçiləri banner reklamlarının aradan qaldırılması reklam biznesinə heç bir təsir göstərməyəcyini vurğulayıb. Belə ki, videoservis alternativ reklam üsullarına keçid edəcək. Söhbətin hansı alternativ reklam elanlarından getdiyi barəsində məlumat verlməyib.
Oxu24.com
ŞƏRHLƏR