Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84137
az

ABŞ İran rəsmiləri və şirkətlərinə qarşı növbəti sanksiya tətbiq edib

09:4409 Mart, 2023
132
  • A

Amerika Birləşmiş Ştatları qadınların hüquqlarını pozduqları üçün İranın həbsxana sistemində çalışan bir neçə məmur, şirkət və regional liderləriə qarşı sanksiya tətbiq edib.

Oxu24.com  xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiyalar, digər məsələlərlə yanaşı, İran Baş Prokurorluğunun rəis müavini, iki hərbçi, iki regional həbsxana rəisi və İranda etirazların yatırılmasında iştirak edən üç şirkətə şamil edilib.

“Birləşmiş Ştatlar tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə qadınlara ikinci dərəcəli vətəndaş kimi yanaşan və hər vasitə ilə onların səsini boğmağa çalışan qəddar rejim qarşısında əsas azadlıqları müdafiə edən İran qadınlarının yanındadır”- deyə, maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.

ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə, qadın məhbuslar İran həbsxanalarında cinsi istismar, işgəncə və digər qəddar və qeyri-insani rəftarlara məruz qalırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada saunada yanğın baş verib
İndoneziya BRICS-ə qoşuldu
BMT Aİ-də Rusiya mediasının Telegram kanallarının bloklanmasından danışıb

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var