ABŞ-ın Hyuston şəhərində sürücüsü idarəetməni itirən avtomobil müsahiblərin oturduğu kafenin pəncərəsinə çırpılıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, qəzada ölən və yaralanan olmasa da, həmin anlar saniyə-saniyə video çəkilişdə əks olunub.
ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki kafedə 20 yaşlı Neytan Rivz YouTube kanalı üçün kafedə müsahibə götürdüyü Aleksey Reyeslə birlikdə ölümdən dönüb.
İkilinin müsahibəsi zamanı sürətlə gələn avtomobil gənclərin oturduğu bölmənin pəncərəsinə çırpılıb. Zərbənin təsiri ilə irəli atılan Rivz çaxnaşma içində yerindən qalxarkən həmin anlar saniyə-saniyə müsahibə yazısına əks olunub.
Hyuston polisinin sözçüsü Con Cannon verdiyi açıqlamada; O, qəzada ölən və yaralanan olmadığını, işıqforun qırmızı işığında keçən avtomobilin başqa bir avtomobilə çırpılaraq kafeyə girdiyini bildirib.
Hazırladı:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR