Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sanksiyalara görə 2014-cü ildən Çexiyada saxlanılan Zazu adlı damazlıq atının oğurlandığını açıqlayıb.
Bu barədə Kadırov Teleqramda bildirib.
“Bu gün məlum olur ki, Zazunu naməlum şəxslər oğurlayıblar. Bu necə mümkün oldu? Onu hansısa ucqar fermada saxlayırdılar ki, belə asanlıqla götürsünlər?”, - deyə Kadırov qeyd edib.
Çeçenistan rəhbərinin fikrincə, Zazunun dəyəri ən azı 10 milyon dollardır.
ŞƏRHLƏR