Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84068
az

8 mart bayramının tarixi -129 nəfər qadının yanıb öldüyü gün

14:3308 Mart, 2023
354
ÖZƏL BÖLÜM
  • A

8 Mart - Beynəlxalq Qadınlar Günü... Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir. 

İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.

1857-ci il martın 8-i ABŞ-ın  Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar "Çörək və Sülh" şüarı ilə küçələrə çıxırlar. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 mart tarixinə təsadüf edir.

Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Ağcabədidə əməliyyatlar keçirdi