Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8399
az

Zakir Həsənov təcili cəbhəyə gedib - VİDEO

13:4329 Dekabr, 2018
843
  • A
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhənin Füzuli istiqamətində yerləşən hərbi hissələrdə olub və şəxsi heyətlə görüşüb.

Bu barədə Oxu24.com- a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Nazirliyin rəhbər heyəti aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib.

Сocuq Mərcanlı kənd məktəbində müəllim və şagirdlərlə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, məktəblilərə bayram hədiyyələri təqdim edib. Ön xətdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Çay süfrəsi arxasında əsgərlərlə söhbət etdikdən sonra Müdafiə naziri ön xətdə xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Bayram münasibətilə şəxsi heyətə təbriklərini və ən xoş arzularını çatdıran general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandıraraq, onlara qiymətli hədiyyələr təqdim edib.

Sonra Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hospitalda müalicə alan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb. Nazir hərbi qulluqçulara bayram sovqatları təqdim edib, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
Həlak olan hərbi qulluqçunun FOTOSU

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu