Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83982
az

Azərbaycan neftinin qiyməti 88 dolları keçib

10:1007 Mart, 2023
307
İQTİSADİYYAT
  • A
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,96 ABŞ dolları, yaxud 1,10 % artaraq 88,04 ABŞ dolları təşkil edib. Bu barədə Oxu24.com-a neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri 86,40 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir
Azərbaycanda Torpaq Məcəlləsi dəyişdi
“Azeri Light” nefti ucuzlaşdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi