Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8397
az

Haymorit nədir? - ƏLAMƏTLƏRİ

12:5629 Dekabr, 2018
1147
  • A
İnsan burnunda sağ və sol tərəfdə dörd burunətrafı cib var. Onlardan birinin adı haymor boşluğudur. Həmin boşluğun iltihabı haymorit adlanır. Haymorit üz nahiyəsində, burun ətrafında, başı aşağı salarkən və ya tərpədərkən ağrılarla, burundan gələn axıntı ilə özünü büruzə verir. İnsan qrip olarkən də haymoritin əlamətləri müşahidə edilir.

Oxu24.com   Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahı Murad Şıxəliyev məlumat verib. O deyib: "Haymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan haymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı