Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8391
az

Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı - Məşhurlar da qatardadır (FOTOLAR)

10:1229 Dekabr, 2018
1011
  • A
 
Dekabrın 29-da səhər saat 09:00-da Bakı-Gəncə sürət qatarı yola düşüb.

Femida.az  xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl qatardan istifadə edən sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb.


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad olacağını və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

 

Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur.

Dörd vaqondan ibarət qatarda birinci klass (doqquz yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Qeyd edək ki, bu gün qatar media nümayəndələrinin iştirakı ilə ilk səfərinə çıxıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək
Ürəyin 1 nömrəli dərmanı bu salatdır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı