Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83856
az

Hipermarketə silahlı hücumda yaralanan digər şəxs görün kim imiş

03:0805 Mart, 2023
1012
CƏMİYYƏT
  • A

Xətai rayonunda hipermarketə silahlı hücum zamanı yaralanan şəxs "Unibank"ın əməkdaşı olub.

Oxu24.com  xəbər verir ki, bu barədə maliyyə qurumu məlumat yayıb.

"Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həşimov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Silahlı hücum nəticəsində ağır yaralanan "Unibank"ın əməkdaşı, kassir-inkassator Şaydayev Samir Ruslan oğluna şəfa diləyirik.

Hazırda Samir Şaydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.", - deyə bankdan bildirilib.

Qeyd olunub ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur", - deyə "Unibank"dan bildirilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi