Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83831
az

Mədəndə partlayış, altı nəfər ölüb

09:2304 Mart, 2023
77
DÜNYA
  • A

Pakistanın Bəlucistan əyalətində yerləşən mədənlərin birində baş verən partlayış nəticəsində ən azı altı nəfər ölüb.

Oxu24.com  xəbər verir ki, bu barədə “Dawn” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, mədənçilər 450 metrdən çox dərinlikdə işləyirmiş. Həmin vaxt mədəndə metan partlayışı baş verib. Mədənin bir hissəsi dağılıb.

Partlayışdan sonra xilasedicilər hadisə yerinə çatıb və dünyasını dəyişən altı şaxtaçının cəsədini səthə çıxarıblar.

Bildirilir ki, metan konsentrasiyası yüksək olduğundan 5 xilasedici iş zamanı huşunu itirib. Onlar ikinci qrup xilasedicilər tərəfindən səthə çıxarılıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktyora ağır itki -Çəkiliş zamanı...
RusiyadaRusiyada “YouTube” işləmir
ABŞ-ın eks-kəşfiyyatçısı Putinin uğur qazandığını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı