Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83813
az

"Bravo"dan aparılan pulun məbləği bilindi

22:4604 Mart, 2023
286
REDAKTORUN SEÇİMİ
  • A
Bravo"dan aparılan pulun məbləği bilindi Xətai rayonunda "Bravo" hipermarketdə baş verən silahlı insident zamanı 110 min manat pul oğurlandığı iddia edilib. Qlobal.net xəbər verir ki, bu barədə Axar.az-ın özəl mənbədən əldə etdiyi xəbərdə bildirilib. Qeyd edək ki, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO