Astara rayonunda 38 yaşlı kişi bıçaqlanıb.
Oxu24.com report-a istinadən bildirir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, 1 saylı çoxmərtəbəli yaşayış binasının qarşısında qeydə alınıb.
Belə ki, Astara rayonunun Ərçivan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Pərviz Məhəmməd oğlu Fəttayev bədəninin bir neçə yerindən bədən xəsarətləri alıb.
Məlumata görə, P.Fəttayev 1973-cü il təvəllüdlü Niyaz Akif oğlu Əliyevin yaşadığı ünvana gələrək onun barəsində təhqiramiz ifadələr işlədib. Nəticədə N.Əliyev evdən bıçaq götürətək həyətə düşüb və P.Fəttayevi bıçaqlayıb. Yaralının qohumları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Mədəsi deşilən və bədənində digər kəsilmiş-deşilmiş yaralar olan P.Fəttayev əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının qohumları baş verənləri gizlətməyə çalışsalar da polis əməkdaşları hadisəni N.Əliyevin törətdiyini müəyyənləşdirərək onu istintaqa cəlb edib.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR