Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83741
az

Üzücü xəbər: Məşhur polkovnik vəfat etdi

11:3203 Mart, 2023
315
REDAKTORUN SEÇİMİ
  • A

Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən Azərbaycan xalqının igid oğlu, hərbçilər sülaləsinin layiqli davamçısı, peşəkar hərbçi Hamlet Hüseynov vəfat edib.

 

Oxu24.com baku.ws-ə istinadən bildirir ki, o, 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olmuşdur. Azərbaycanın bir sıra bölgələrində - Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarının 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışmışdır.

 

Torpaqlarımızın azad olunması uğrunda mübarizədə qəhrəmanlıqlar göstərmiş Hamlet Hüseynovun xatirələrindən:

 

"Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi. Əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdluları xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq".

 

Hamlet Hüseynov dövlətimiz tərəfindən bir çox orden və medallarla təltif olunmuşdur. Müstəqil Azərbaycanımızın hərbi tarixinə, həm də nəslin şərəf kitabına adını qızıl hərflərlə yazmaqla töhfəsini vermişdir.

 

Allah Rəhmət Eləsin!

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi