Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83731
az

İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edəcək

09:3103 Mart, 2023
92
CƏMİYYƏT
  • A
Kənd təsərrüfatı naziri İnam Kərimov martın 9-da, saat 09:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Oxu24.com-un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-351-38-44) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeddinci sinif şagirdi vəfat edib – FOTO
Yenidən dünyaya gəlmək həvəsi -Sərvaz HÜSEYNOĞLU
Sabah 36 dərəcə isti olacaq

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı