Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83717
az

\"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım\" - VİDEO

20:4702 Mart, 2023
358
  • A

"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi. Mənə deyərdi ki, Hacı, hər şey yaxşı olacaq, yaxşı düşünək. Amma üç gün bundan öncə mənə elə bir söz dedi ki, çox ağladım. Bildiridi ki, qızım üçün, onun təhsili üçün çalışıram-yetişsin, Azərbaycan xalqına yararlı övlad olsun. Bu söz məni həqiqətən üzdü".

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu fikirləri Hacı Surxay Məmmədli deyib.

Hacı Şahin haqqında xatirələrini "Xəbər Ertəsi" ilə bölüşən Hacı Surxay Məmmədli xatırladıb ki, onunla 15 ildir dostluq edirmiş: "Son vaxtlar onunla tez-tez görüşərdim. Onun halını soruşardım, deyərdim ki, özünə fikir ver. Deyərdi ki, çox yaxşıyam".  

Surxay Məmmədli deyib ki, Hacı Şahin Azərbaycan gəncliyi üçün nümunəvi şəxs idi: "Hacı Şahin gəncliyin arasında idi, insanlarla danışmağı çox sevərdi. O, gecə-gündüz bilmədən çalışırdı. İstəyirdi ki, insanlara fayda versin. Mən indi anladım ki, o niyə gecə-gündüz yatmırmış, səy göstərirmiş, çalışırmış. Deməmiş ömrü çox az qalıbmış. Bəlkə, bu da Allahın bir lütfü idi ki, o, elmi insanlara çatdırırdı. Düşünürəm ki, bundan sonra da Azərbaycan xalqı, gəncliyi Hacı Şahinin moizələri ilə qidalanacaqlar".

Hacı Surxay əlavə edib ki, Hacı Şahinə acı söz deyəndə təbəssümlə qarşılayırdı: "Sanki insanların neqativliyini götürürdü. Bu da Hacı Şahinin elmi, insani yanaşması idi. Hacı Şahin 1974-cü il təvəllüdlü idi. O, böyük din alimi idi ki, insanların ruhunda mənəvi dönüş yaratdı".

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu pendiri hətta böyük endirimlə də almayın -XƏBƏRDARLIQ
Biləsuvarda mikroavtobusda bıçaqlanma -Saxlanılan var
Azərbaycanlı xasiyyətinə sahib rumıniyalı kürəkən: Telefonu “ana qurban” deyərək açır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı