Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83684
az

Oliqarxın 23 milyonluq villasına həbs qoyuldu

12:1501 Mart, 2023
76
DÜNYA
  • A

Fransada məhkəmə ilk dəfə olaraq cinayət işi çərçivəsində rusiyalı oliqarxa məxsus olduğu iddia edilən villaya həbs qoyub.

Oxu24.com  Le Monde qəzetinə istinadən  xəbər verir ki, söhbət Maqnitoqorsk dəmir-polad zavodunun direktorlar şurasının sədri Viktor Raşnikovdan gedir.

Villanın dəyəri 23 milyon avro olaraq qiymətləndirilir, o, Nitsa yaxınlığındakı Sen-Jan-Kap-Ferrat sahil kommunasında yerləşir.


Qəzetin yazdığına görə, villa 2022-ci ilin oktyabrında Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğul olan bölməsi Junalco-nun tələbi ilə həbs edilib.

Müstəntiqlər villanın satılma mərhələsində olduğunu müəyyən ediblər.

Eyni zamanda, satıcı, İsveçrə şirkəti Panamada qeydiyyatdan keçmiş daha böyük şirkətə məxsusdur.

Junalko hesab edir ki, bu strukturlar Raşnikovla, eləcə də villanın alıcısı, Rusiya Federasiyası vətəndaşı ilə bağlıdır. 17 milyon avro dəyərində olan müqavilə (bütün vergilər və rüsumlar ödənildikdən sonra) sonda dondurulub.

Nəşr yazır ki, Fransada Rusiya Federasiyasından olan oliqarxlara qarşı çirkli pulların yuyulmasında şübhəli bilinən ümumilikdə 17 iş araşdırılır.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb
Hərbçilər Sankt-Peterburqun müdafiəsini gücləndirir
Yunanıstana qaçmağa cəhd edən 3 FETÖ-çü yaxalanıb

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Keçmiş məhkum 15 min manatlıq dələduzluq etdi