İstanbulun mərkəzində dəhşətli olay yaşanıb. Oxu24.com xəbər verir ki, polisə evdən qəribə səslər gəlməsi ilə bağlı şikayət daxil olub. Polis dərhal əraziyə gedib.Gördükləri mənzərədən şoka düşüb. Belə ki, 18 yaşlı qızın ayağından paltar maşınına zənzirlə bağlandığını görüb. Qızın valideynləri onu bir ildir ki, bu vəziyyətdə saxlayırmış.
18 yaşlı Xədicənin ayağı 5 metrlik zəncirlə xüsusi üsulla dolandığından polis zənciri açmaqda çətinlik çəkib.Qız qıfılın açarının atasında olduğunu və atasının günlərdir evə gəlmədiyini bildirib.Əlacsız qalan polis dəmirçinin köməyi ilə 5 metrlik zənciri qızın ayağından açıb və o xəstəxanaya yerləşdirilib. Onun valideynləri ifadəsi alınması üçün polis bölməsinə aparılıb. Xədicənin atası ilkin ifadəsində qızının pis vərdişlərə sahib olduğunu və bu səbəbdən ayağını zəncirlə bağladığını bildirib. Faktla bağlı araşdırma davam edir.
Aynur Kazımlı
Oxu24.com
Oxu24.com
ŞƏRHLƏR