Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83506
az

Həbs olunan prodüser Təranə Səmədovadan XƏBƏR VAR - Övladları ilə bağlı ərizə yazacaq - FOTO

23:5426 Fevral, 2023
249
ŞOU-BİZNES
  • A

Həbs olunan tanınmış prodüser Təranə Səmədova övladlarının qəyyumluğa verilməsi ilə bağlı ərizə yazacaq. 

OXU24.COM  xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib:

 

"Bir neçə gün öncə Təranə ilə danışığımız olub. Bildirib ki, uşaqların bizim qəyyumluğumuza verilməsinə görə ərizə yazacaq". 

Kəmalə Ağazadə prodüserin azyaşlı qızının çəki probleminin artıq düzəldiyini, böyük qızının isə növbəti həftədən dərslərinə davam edəcəyini bildirib:

"Balaca qız anasından ayrı qaldığı üçün kürlük etmir. Uşağın qidalanmasında, inkişafında nə lazımdırsa, edirik. Hər şey qaydasındadır. Gələn həftədən etibarən Təranənin böyük qızı Suel məktəbə gedəcək. Qiymətləndirmə Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı yetərincə iş aparılır. Hələlik istintaq-məhkəmə dövründə uşaqlar bizim sığınacaqda qalacaqlar". 

Birlik sədri əlavə edib ki, Təranənin uşaqlarını himayəsinə almaq istəyən müğənni Rəqsanə hər gün uşaqlarla bağlı məlumatlar alır.
 
Qeyd edək ki, bu, Təranə Səmədovanın ikinci həbs həyatıdır. Birinci dəfə insan alverinə görə təqsirləndirilən prodüser iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Hazırda isə o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günel xəstəxanadan görüntüsünü paylaşdı - Nə olub? - FOTO
Elzadan tanınmış jurnalistə:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı