Qaynar xətt:

(+99450) 247 90 86

50 yaşlı erməni Sankt-Peterburqda “OMON” zabitlərini güllələdi - ANBAAN VİDEO

DÜNYA

229

25.02.2023, 14:02

Özbəkistandan olan 50 yaşlı erməni Tiqran Xaçikyan Sankt-Peterburqun mərkəzində, "Qostiniy Dvor" metro stansiyasının yaxınlığında "OMON" zabitlərinə atəş açıb.

OXU24.COM  bizim.media-ya istinadən bildirir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, insident zamanı zabitlərdən biri yaralanıb.

Xaçikyan avtomobilində musiqinin səsini ucaldıb. Bu zaman  Rusiya Qvardiyasının zabitləri ona yaxınlaşıb. Erməni  isə onlara "Qaçın!" deyib. Təhlükəsizlik əməkdaşlarından biri Xaçikyanı saxlamağa çalışsa da, cinayətkar ov tüfəngini çıxararaq ona bir neçə dəfə atəş açıb.

Hazırda zərərçəkmiş əməliyyat olunur. Həkimlər ona qarın, bel və çanaq nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu qoyublar.