Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83356
az

Qumral: “Deyirlər ki, ərsiz gəl” - VİDEO

14:5924 Fevral, 2023
302
ŞOU-BİZNES
  • A

Təranə-Musa cütlüyünün bloqer və müğənni qızı Qumral, açıqlaması ilə gündəmə gəlib. 

OXU24.COM  bizim.media-ya istinadən xəbər verir ki, Qumral qonaq olduğu "Xəzər axşamı" verilişində yüksək qonorar məbləğində gələn toy təkliflərindən söz açıb. 
"Bizdə hər bir şey ailə çərçivəsindədir. Bu gün mənə çox sual verirlər ki, nəyə görə sən də oxumağa başladın?

Başa sala bilmirəm ki, bizdə hər bir şey müəyyən sərhədlər və çərçivələr arasında, həyat yoldaşımın icazəsiylədir. Qoyarsa, etiraz etmərsə, bu işi görərəm. Amma icazə vermərsə etmərəm. Çox məclislərə çağırıblar və deyiblər ki, toya həyat yoldaşınız olmadan gəlin. Baxmayaraq ki, orada mənə 2000, 3000, 5000 manat qonorar verəcəkdilər amma həmin məclislərə getməmişəm. Belə bir reallıq var həyatda. Bu günə qədər ailəmizi tutub saxlamışıqsa, bundan sonra da belə davam edəcək.
Bəzi izləyicilər sosial şəbəkədə yazırlar ki, sən də başladın oxumağa, sabah da görərik ki, həyat yoldaşından boşanmısan. Xeyr! İstəsəydim çoxdan nələrsə edərdim. Hələ ki Təranə xanım kimi bu cür anam varsa, inanın ki, bu heç vaxt mümkün deyil. Niyə də ailəm dağılsın? Həyat yoldaşım Natiq mənə dəstəkdir. Klipləri Natiq çəkir. Bunu da hamı bilir. Çox sağ olsun ki, bütün işlərimdə o mənimlə bərabərdir. Gözümüz artığında yoxdur. Başımız dincdir. Əsas da odur ki, xoşbəxtçiliyimiz və hüzurumuz var", - deyə Qumral Musayeva vurğulayıb. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazpərinin hədiyyəsi nəvəsini ağlatdı -VİDEO
Sibel Can səhnə geyimi ilə şok etdi -FOTO
"Maaşımı həyat yoldaşıma verirəm" - Vahid Əliyev

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
34 yaşlı qadını dəhrə ilə ağır yaraladı