Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83353
az

Kamran Əliyev onu aşağı vəzifəyə göndərdi - Yeni təyinatlar

14:2424 Fevral, 2023
184
  • A

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Naxçıvan şəhər prokurorunun müavini Zahir Həsənov vəzifəsindən azad olunub.

Digər əmrlə o, Şərur Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin edilib.

***

Bundan başqa Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Şərur rayon prokurorunun müavini Anar Həsənov isə Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Daxil işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru Sərxan Həsənzadə Culfa rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət
İmişlidə yanğın - VİDEO
Qanunsuz estetik əməliyyatlar edən 9 klinikanın rəhbərliyi cəzalandırıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi