Qaynar xətt:

(+99450) 247 90 86

Qanunsuz ov edənlər cəzalandırıldı

CƏMİYYƏT

204

23.02.2023, 15:26

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaş saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu24.com-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Küveyt vətəndaşı Khaled Hsssd Alrasheedi olduğu müəyyən edilib. “Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”, - qurum rəsmisi deyib.