Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83220
az

Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü - Həbs edilən var

16:3422 Fevral, 2023
158
KRİMİNAL
  • A

Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb.

Belə ki, şəhər sakini Sultan Məmmədov (ad-soyad şərti) 2 ildən artıqdır sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb. Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib

Ərazi üzrə hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəlib və S.Məmmədov bölməyə dəvət edilib. Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib.

Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi